Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Avropa Şahmat İttifaqının prezidenti Bakıya gəlir

Avropa Şahmat İttifaqının prezidenti Bakıya gəlir

Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvili Bakıya səfər edəcək.

Yenixeber.org: Vüqar Həşimov Memorialının Mətbuat xidmətindən verilən məlumata görə, Avropa şahmatının rəhbəri dekabrın 17-də Azərbaycan paytaxtında olacaq. Səfərdə əsas məqsəd görkəmli şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan Memorialda fəxri qonaq qismində iştirak etməkdir.

Qeyd edək ki, super turnirdə Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Vüqar Əsədli birincilik uğrunda yarışacaqlar. Azərbaycan şahmatçıları ilə yanaşı, turnirdə Fabiano Karuana (ABŞ), Sergey Karyakin (Rusiya), Macarıstan idmançısı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və David Navara (Çexiya) mübarizə aparacaqlar.

Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçiriləcək.

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə təşkil olunub. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam