Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Fərid Qayıbov dünya çempionatında medal qazanmış karateçilərlə görüşüb-FOTO

Fərid Qayıbov dünya çempionatında medal qazanmış karateçilərlə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov 16 - 22 noyabrda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında uğurla çıxış etmiş Azərbaycan karateçiləri ilə görüşüb.

Yenixeber.org: Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov yarışa hazırlıq və idmançıların nəticələri barədə, eləcə də onların son zamanlarda qatıldıqları digər turnirlərdəki uğurları barədə naziri məlumatlandırıb.

F.Qayıbov karateçilərin ötən ay dünya çempionatındakı çıxışlarını maraqla izlədiyini və əldə etdikləri nəticənin sevindirici olduğunu vurğulayıb. Y.Bəşirovu Beynəlxalq Şotokan Federasiyasının prezidenti seçilməsi münasibətilə təbrik edən nazir federasiyanın fəaliyyətinə və Azərbaycan karateçilərinə uğurlar arzulayıb.

Görüşdə kişilərdən ibarət kumite yığmasının baş məşqçisi Qurban Tağıyev, qadınlardan ibarət kumite millisinin baş məşqçisi Denis Morozov, federasiyanın baş hakimi Cahangir Babayev, para-karate üzrə yığma komandanın baş məşqçisi Rənad Əliyev də iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan karateçilərindən İrina Zaretska (68 kq) dünya çempionu olub, Asiman Qurbanlı (+84 kq) isə bürünc medal qazanıb. Bundan başqa, Rafael Ağayev, Asiman Qurbanlı, Tural Ağalarzadə, Turqut Həsənov, Pənah Abdullayev, Tural Ələkbərli, Rafiz Həsənovdan ibarət komanda, eləcə də para-karateçilər - Emiliya Mitilinova və Eldar Əhmədov dünya üçüncüsü olublar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam