Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Karateçilərimiz Avstriyaya getdi

 

Turnirdə Azərbaycan milli komandasının 9 üzvü iştirak edəcək.

 

Yenixeber.org: 1-3 mart tarixlərində Avstriyanın Zalsburq şəhərində Dünya Karate Federasiyasının (WKF) nüfuzlu yarışlarından Seriya A turniri keçiriləcək.

Zalsburq Arenada təşkil edilən turnirdə Azərbaycan milli komandasının əsas üzvlərindən 9 idmançı iştirak edəcək.

Kumite üzrə böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev və qadınların baş məşqçisi Denis Morozovun rəhbərlik etdiyi heyətdə kişilərdən Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq), Ayxan Mamayev (-84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Orxan Heydərli (+84 kq), qadınlardan isə Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq) və İrina Zaretska (68 kq) yer alıb. Beynəlxalq hakim Cahangir Babayev yarışı idarə edən referilər arasında olacaq.

Karateçilərimizdən F.Fərzəliyev, Ş.Atamov, A.Qurbanlı və O.Heydərli yarışın ilk günü, R.Həsənov, A.Mamayev, N.Əliyeva, İ.Qasımova və İ.Zaretska şənbə günü mübarizəyə qatılacaq. Bütün çəki dərəcələrində mükafat görüşləri bazar günü keçiriləcək. Seria A turnirindən mövsümün ilk mərhələsində rekord sayda, 99 ölkədən 2057 karateçi iştirak edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam