Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Qaraheybət" şəhidinin atası:"Oğlum başımı uca etdi"

Qaraheybət şəhidinin atası: Oğlum başımı uca etdi

"Ən böyük bəla bala dağıdır. Bu gün oğlum başımı uca etdi. Mən oğlumla fəxr edirəm".

Yenixeber.org: Bu fikirləri Dövlət Sərhəd Xidmətinin şəhidi kapitan Xəyyam Əliyevin atası Əlixan Əliyev vida mərasimində deyib.

O bildirib ki, biz hamımız axirət günü bu şəhidlərə qibtə edəcəyik: "Çünki onlar axirəti qazandılar. Mən ana-bacılarımdan xahiş edirəm ki, şəhidlərimiz üçün ağlamasınlar. Vətənimiz sağ olsun, Prezidentimiz sağ olsun ki, 30 illik qara ləkəni üstümüzdən sildi.

Dünyanın bir çox ölkələrində olmuşam, Qarabağdan söz düşəndə başımı aşağı salırdım. İndi fəxr edirəm. Bunu sadəcə ürəkdən anlamaq lazımdır. Mənim balam şəhid oldu. Bu gün mənə təsəlli verən onun şəhidliyidir. Allah bütün şəhidlərimizə rəhmət etsin, valideynlərə də səbir versin. Sözlərimi Mikayıl Müşfiqin şeri ilə bitirmək istəyirəm:

Vətən üçün yaşayan,

Vətən üçün ölən,

Səmimi bir insan nə bəxtiyardır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam