Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

Mənim 17 yaşlı şəhid dayım...

 Tahirov Hüseyn Zakir oğlu
Yenixeber.org: 1992-ci il fevralın 21-dən 22-nə keçən gecə: bu dəhşətli, ağrılı gecədən düz iyirmi yeddi il ötür. Hansı ki, o gecə mənim ata, anamın doğulub boya-başa çatdığı o kənd-Füzuli rayonu Yuxarı Veysəlli kəndi işğal olundu. İşğal itkisiz olmadı-bu kiçik kənd onlarla oğul və qızlarını itirdi. O gecə şəhid olanlar sırasında dayım Hüseyn də var idi. Dayımın 17 yaşı olmasına baxmayaraq ürəyi vətən sevgisi ilə alışıb-yanırdı. Dayım könüllü olaraq hərbi xidmətə çağırılması üçün ərizə yazdı və hələ ərizəsinin cavabını gözləmədən döyüşlərdə iştirak edib, düşmənə ağır zərbələr endirməyə başladı.Yuxarı Veysəllinin işğal olunduğu həmin gecədə Hüseyn dayım qəhrəmancasına şəhid oldu. Bu itki hamımız üçün ağırdır, həm şox ağır. Həmişə anamın üzünü belə görmədiyim dayım üçün axıtdığı göz yaşlarını gördükcə ürəyim param-parça olur. Lakin mən həmişə dayımla fəxr edirəm. Fəxr edirəm ki, mənim belə dayım var. İllər ötəcək lakin dayımın nə özü, nə də ki, etdiyi qəhrəmanlıqlar unudulmayacaq.
Məsəl var deyərlər: "Oğul var evdən gedir, oğul var eldən". Mənim 17 yaşlı şəhid dayım eldən gedən oğul oldu, elin itkisi oldu. 

 

 
Abşeron rayon Ceyranbatan qəsəbəsi 2-saylı tam orta məktəbin                                                          2-c sinif şagirdi Süleymanzadə Salatın 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam