Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Nikol Paşinyan -Moskvaya yola düşüb

Nikol Paşinyan Moskvaya yola düşüb

Ermənistan baş naziri Nikol Paşinyan üçtərəfli görüş üçün Rusiyanın paytaxtı Moskvaya yola düşə bilib.

Yenixeber.org: “Sputnik Armeniya” xəbər verir ki, ölkə müxalifətinin bəzi fəalları hökumət başçısının Moskvaya səfərinə mane olmağa çalışıb.

Məlumata görə, etirazçılar “Zvartnots” hava limanına gedən yolu bağlayaraq müxtəlif şüarlar səsləndiriblər.

“Nikol Paşinyan legitim rəhbər deyil, o, Ermənistanı təmsil etmir. Onun adından imzalanan sənədlərin heç bir hüquqi qüvvəsi olmayacaq”, - aksiya iştirakçılarından biri söyləyib.

Daha sonra etirazçılar aksiyanın yekunlaşdığını elan ediblər və hava limanına gedən yolu açıblar.

Bundan sonra baş nazir aeroporta çatıb və Moskvaya yola düşüb.

Qeyd edək ki, bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar olacaq. Tərəflər üç ölkə liderinin 10 noyabr 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ üzrə bəyanatının reallaşdırmasının gedişatını nəzərdən keçirməyi və regionun problemlərinin həlli üzrə sonrakı addımları müzakirə etməyi planlaşdırırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam