Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Atatürkün sonsuza qədər rezerv edilmiş masası... -FOTO

Məlum olduğu kimi, bu gün - noyabrın 10-u Türkiyə Respublikasının qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün anım günüdür. Bu dahi şəxsiyyət 1938-ci ilin bu günü gözlərini həyata əbədi olaraq yumub.

Yenixeber.org: Türkiyədə Atatürkün anım günü hər il yüksək səviyyədə qeyd olunur. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Atatürkün xatirəsinə və Türkiyədə ona göstərilən münasibətə dair özünün “feysbuk” səhifəsində maraqlı paylaşım edib: “İstanbulda bir restoran var. Çox böyük və həmişə yer qıtlığı olan məkandır. Türkülər ifa olunan tarixi yerdir. Orda olarkən diqqətimi bir məqam çəkdi. Müştərilərin yer tapmadığı məkanda bir masa tamamilə boş vəziyyətdə idi. Heç kim yaxınlaşmırdı bu masaya. Qonağı olduğum, yaxın dostum Mustafa Aydından (İstanbul Aydın Universitetinin qurucu rektorudur) bu məsələni soruşdum. Cavabı məni çox təsirləndirdi.

Məlum oldu ki, vaxtilə Atatürk bu məkana gəlib həm yemək yeyər, həm də türkülərə qulaq asarmış. 1938-ci il noyabrın 10-da Böyük Atatürk gözlərini əbədi yumduqdan sonra onun əyləşdiyi masa sonsuza qədər rezerv edilmişdir...

Türkiyədə hər addımda Atatürkə olan sonsuz məhəbbəti, sevgini hiss edirsən. Atatürkün ölümündən sonra qurduğu yeni Türkiyə, yaratdığı Türk Ordusu, müasir təhsil, səhiyyə sistemi qaldı. Atatürk, dünyanın ən böyük islahatçı lideri idi. Ən əsası, Atatürkdən sonra Qədirbilən, Sadiq və Qəhrəman Türk Milləti qaldı. O Millət ki, bu gün də deyir: “ATAM, XİDMƏTİNDƏYİK!» 

ALLAH MUSTAFA KAMAL ATATÜRKƏ RƏHMƏT ELƏSİN”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam