Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Mehriban Əliyeva Zəfər Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib -VİDEO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında 8 Noyabr Zəfər Günü ilə bağlı paylaşım edib.

Yenixeber.org: Paylaşımı təqdim edirik:

"Əziz həmvətənlər!

Vətən müharibəsində əldə edilən şanlı Qələbənin birinci ildönümü münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirəm!

Sözlə ifadə edə bilmədiyim, daxilimizdə, qəlbimizdə yaşayan hissləri bizə bəxş edən Uca Tanrıya şükürlər olsun. Hər bir azərbaycanlı bu Qələbəni gözləyirdi, hər bir azərbaycanlı haqlı olaraq bu Qələbə ilə fəxr edir! Müzəffər Ordumuza, qəhrəman əsgər və zabitlərimizə, mərd və qorxmaz, hər zaman sözünün sahibi olan Prezidentimizə “çox sağ olun” deyirəm!

Unudulmaz şəhidlərimizə Allah qəni-qəni rəhmət eləsin. Əyilməz iradəli, torpaq və ləyaqət uğrunda ölümə gedən övladlar böyütmüş ana və atalar qarşısında baş əyirəm. Azərbaycan xalqı, Azərbaycan vətəndaşı, gözün aydın, başın daim uca olsun!

Biz əl-ələ verib, çətin və şərəfli yolu birlikdə addımlayaraq Qələbə zirvəsinə ucalmışıq! Qalib xalq kimi birliyimizi və müstəqil Azərbaycanımızı qorumaq bizim müqəddəs borcumuzdur! Uca Tanrı Azərbaycan xalqını və Azərbaycanı qorusun!

Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam