Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

İsa Həbibbəyli -vəzifədən azad edilməsinə münasibət bildirdi

İsa Həbibbəyli vəzifədən azad edilməsinə münasibət bildirdi

Akademik İsa Həbibbəyli AMEA-nın yanvarın 8-də keçirilən iclasında qəbul edilən qərarla birinci vitse-prezident vəzifəsindən azad edilməsinə münasibət bildirib.

Yenixeber.org: İ.Həbibbəyli dünya akdemiyalarının böyük əksəriyyətində birinci vitse-prezident vəzifəsi üçün bir ştat müəyyən olunduğunu bildirib.

Onun sözlərinə görə, AMEA-da da birinci vitse-prezidentin bir nəfər müəyyən edilməsi dünya akdemiyalarında olan prosesə tamamilə uyğundur:

“Birinci vitse-prezident akdemiyanın prezidentindən sonra ikinci adamdır. Əsasən təşkilati, inzibati işləri həyata keçirir, akademiyanın prezidentinin tapşırıqlarını yerinə yetirir və onun fəaliyyətini digər vitse-prezidentlərlə əlaqələndirir. Bu baxımdan bir nəfərdən ibarət birinci vitse-prezident institutunun müəyyən olunması akademiyanın prezidentləri ilə vitse-prezident institutlarının fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi baxımından fayda verəcək".

"Hesab edirəm ki, AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə akademik Dilqəm Tağıyevin təyin edilməsi düzgün qərardır və uyğun kadrdır. Onun həm geniş ali məktəb təcrübəsi var, həm vitse-prezident kimi çalışıb. Öz sahəsində də tanınmış alimdir. Ona görə tamamilə uyğundur. Digər tərəfdən də akademiyanın rəhbərinin ictimai elmləri, birinci vitse-prezidentin isə təbiət elmlərini təmsil etməsi, məncə, çoxşaxəli elmi fəaliyyət sahəsi olan akademiyanın idarə olunmasında əhəmiyyətli olacaq", - o əlavə edib.

Qeyd edək ki, qəbul edilən qərara uyğun olaraq akademiyada yalnız bir birinci vitse-prezident vəzifəsi təsis olunub. Akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev AMEA-nın birinci vitse-prezidenti vəzifəsindən azad edilib. Onlar AMEA-nın vitse-prezidenti vəzifəsinə seçiliblər.

AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə isə akademik Dilqəm Tağıyev seçilib.

D.Tağıyev daha əvvəl AMEA-nın vitse prezidenti vəzifəsini icra edib.

Beləliklə, AMEA-da yalnız bir birinci vitse-prezidenti vəzifəsi yaradılıb və vitse-prezidentlərin sayı artırılıb.

Hazırda AMEA-nın vitse-prezidentləri akademik İsa Həbibbəyli, akademik İbrahim Quliyev, akademik Nərgiz Paşayeva, akademik Tofiq Nağıyev, akademik İradə Hüseynova və akademik Rasim Əliquliyevdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam