Redaktor seçimi
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
Günün xəbəri

Binəli Yıldırım -Şamaxıda olub

Binəli Yıldırım

 

Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırım Şamaxı rayonuna səfər edib.

Yenixeber.org: Qonaq bu günlərdə bərpə və yenidənqurma işlərindən sonra istifadəyə verilən Pirsaat Baba ziyarətgah-məscid kompleksində olub, cümə namazı qılıb.

Ona ziyarətgah-məscid kompleksi barədə məlumat verilib. Bildirilib ki, müxtəlif zamanlarda dağıntıya məruz qalmış orta əsrlərə aid bu ziyarətgah 1918-ci ildə Hacı Cəfərqulu adlı xeyirxah şəxs tərəfindən türbə şəklinə salınıb. Ziyarətgah sovetlər dövründə dağıdılsa da, müstəqilliyimizin bərpasından sonra 1993-cü ildə yenidən inşa edilib, lakin zəlzələ nəticəsində dini ocağa zərər dəymişdi. Ötən ildən başlayaraq həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri nəticəsində artıq dini ibadətgah yenidən əhalinin ixtiyarına verilib.

Sonra Binəli Yıldırım Şamaxı şəhərindəki Şahxəndan qəbiristanlığına gedib, orada XV əsrin məşhur şairi Nəsiminin qardaşı, şair Şahxəndanın (Şah-i Xəndan) məzarını ziyarət edib.

O, daha sonra Şamaxı Cümə Məscidi ilə tanış olub. Məlumat verilib ki, 743-744-ci illərdə inşa edilən bu məscid Cənubi Qafqazda Dərbənd cümə məscidindən (734-cü ildə inşa edilib) sonra ən qədim məsciddir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam