Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Amnistiya olacaq? -AÇIQLAMA

Amnistiya olacaq? - AÇIQLAMA

“8 Noyabr - Zəfər Günü ilə bağlı amnistiya olacağını gözləyirik, amma əfv sərəncamının imzalanması inandırıcı deyil. Yəqin ki, əfv sərəncamı dekabrın sonunda olacaq”.

Yenixeber.org: Bunu hüquq müdafiəçisi, İşçi qrupun üzvü Novella Cəfəroğlu deyib.

N.Cəfəroğlu bildirib ki, 8 Noyabrda amnistiyanın olması ilə bağlı artıq Milli Məclisdə məsələ qaldırılıb:

“Əsas məsələ amnistiyaya hansı maddələrin salınacağıdır. Biz danışdıq ki, elə maddələr salınsın ki, “Tərtər işi”, “Tovuz işi”, “Gəncə işi” ilə əlaqədar həbsdə olanların bir çoxu azadlığa çıxsın. Çünki onların bir çoxu günahsızdır. Hətta cəzalarının bir hissəsi azaldıla bilər. Bəzi tanınmış məhbusların “işləri” azaldılsa, onların daha tez əfvə düşmək şansları artar. Mən çox istərdim ki, Gədəbəyin keçmiş icra başçısı Saleh Məmmədov azadlığa çıxsın. Onun durumu mənim ürəyimi ağrıdır, xəstədir, Moskvada ağır xəstə uşağı var. Biz hər kəsin məktublarını toplayırıq. İşçi qrupun üzvləri olaraq Milli Məclisə, Prezidentə yazırıq. Həmin şəxslərin əfvə və ya amnistiyaya düşməsini xahiş edirik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam