Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Romada -"G-20"liyin sammiti başlayıb

Romada G-20liyin sammiti başlayıb

İtaliyanın paytaxtı Romada dünyanın iqtisadiyyatı ən inkişaf etmiş 20 ölkəsinin - “G-20”liyin sammiti başlayıb.

Yenixeber.org: Toplantı iki gün davam edəcək.

Sammit iştirakçılarını İtaliyanın Baş naziri Mario Draqi qarşılayıb.

Toplantıda ABŞ Prezidenti Cozef Bayden, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Böyük Britaniyanın Baş naziri Boris Conson, Almaniya kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron, Hindistanın Baş naziri Narendra Modi və başqaları iştirak edir.

Rusiya Prezidenti Vladimir Putin Romaya getməyib. O, sammitdə video-konfrans formatında iştirak edəcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrov İtaliyanın paytaxtındadır və iclasda iştirak edir.

Zirvə toplantısının gündəliyində koronavirusa qarşı mübarizə, pandemiyadan sonrakı dövrdə iqtisadiyyatın inkişafı və iqlim böhranına dair məsələlər yer alıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam