Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qarabağda yeni iş yerləri: -maaş nə qədərdir?

İnfrastruktur və logistik işlərin aparılması ilə bağlı işğaldan azad edilən ərazilərimizdə artıq özəl sektorda da iş yerləri yaradılıb.

Yenixeber.org:  Bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov işğaldan azad edilən ərazilərdəki iş yerləri elanında maaşın az olması haqda müzakirələrə münasibət bildirərkən deyib.

O bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə həm dövlət, həm də özəl sektorda iş yerlərinin yaradılması nəzərdə tutulur:

"Füzuli Beynəlxalq Hava Limanın inşaatında 500-dən artıq Azərbaycan vətəndaşı çalışır. Hava limanı istifadəyə verildikdən sonra oradakı iş yerlərində işğaldan azad olunmuş ərazilərin sakinləri işləyəcəklər və onlar heç də az maaş almır.

O ki qaldı işğaldan azad edilmiş ərazilərimizdə maaşların daha yüksək olmasının vacibliyi ilə bağlı qənaətlərə, dövlət sektorundakı əmək haqqı tarif cədvəlinə uyğun müəyyənləşib, o baxımdan burdakı əmək haqları respublikamızın digər bölgələrindəki vəzifə maaşlarına uyğundur.

Lakin özəl sektorda çalşanlar daha yüksək əmək haqqı almaq imkanına malikdir. Bizim monitorinqlər də göstərir ki, işğaldan azad olunmuş ərazilərimizdə özəl sektorda çalışmaq istəyənlərin sayı qat-qat çoxdur, bu da birbaşa təminatın və əmək haqqının yüksək olması ilə əlaqədardır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam