Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

QARABAĞDAKI ERMƏNİ SİLAHLILARI TƏRKİSİLAH EDİLİR -"Arutunyan dedi ki, ordunu buraxacaq..."

Ermənistan parlamentində Qeyri-Hökumət Təşkilatları ilə keçirilən görüşdə maraqlı məlumat səsləndirilib.

Yenixeber.org: Ermənistanın “News.am” saytı xəbər verir ki, parlamentdəki görüşdə iştirak edən QHT rəhbərlərindən biri Aşot Arutunyan Qarabağdakı separatçı rejimin başçısı Araik Arutunyanla görüşdüyünü deyib və bu görüşün onu çox məyus etrdiyini bildirib. 

Özü müharibə vaxtı Qarabağdan qaçan Aşot Arutunyan deyib ki, qondarma rejim rəhbəri ona erməni silahlı dəstələrini buraxacağını bildirib: “Araik Arutunyan dedi ki, ordunu buraxacaq. Ondan soruşdum ki, sənə bu hüququ kim verib? Cavab verdi ki, bunu azərbaycanlılar tələb edir.”

Arutunyanın bu açıqlaması hazırda erməni mətbuatında əsas gündəm mövzusuna çevrilməkdədir. Bu deyilənlərdən belə məlum olur ki, qondarma rejim başçısı Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərindəki qanunsuz erməni hərbi birləşmələrinin tərkisilah ediləcyini bildirib.

Hansı ki, bu şərt 10 noyabr üçtərəfli sazişinin bəndlərindən birində göstərilirdi. Və Azərbaycan tərəfi müharibə bitəndən sonrakı dövr ərzində haqlı olaraq Qarabağda bir nəfər də erməni yaraqlısının qalmamasını tələb edirdi. Belə görünür ki, bir ilə yaxın müddətdə bu tələbə müqavimət göstərən erməni tərəfi geri çəkilmək məcburiyyətində qalıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam