Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Qarşı tərəfdə qoşunların toplanmasını müşahidə edirik…” –Qondarma rejim yenə şüvən qaldırıb

 “Biz bunu diqqəti daxili problemlərdən yayındırmaq üçün demirik. Aprel ayından başlayaraq bildiririk ki, təmas xəttinin qarşı tərəfində qoşunların toplanması və aktivlik müşahidə olunur.”
Yenixeber.org: Bunu Dağlıq Qarabağdakı qondarma rejimin sözçüsü David Babayan söyləyib.
Növbəti dəfə təxribat xarakterli bəyanatla çıxış edən qondarma rejim təmsilçisi erməni mətbuatına açıqlamasında bildirib ki, guya “DQR”-də heç bir daxili problem yoxdur və onları narahat edən yeganə məsələ Azərbaycan tərəfinin mümkün hərbi hücumudur.
“Bəzi şəxslər, həmçinin erməni adı ilə yazan Azərbaycan vətəndaşları bizim fikrimizi yayındırmaq istəyirlər. Biz isə deyirik ki, 2016-cı ilin aprelindən bu yana ilk dəfədir ki, qoşunların bu cür toplanmasını müşahidə edirik”.
Separatçı rejimin sözçüsü ermənilərin Azərbaycan rəhbərliyinin bəyanatlarına diqqət yetirməli olduğunu xüsusi vurğulayıb. Jurnalistlərin suallarına cavab olaraq D.Babayan bildirib ki, qoşunların toplanması aprel döyüşlərinin təkrarlanmasını mümkün edir və Azərbaycan tərəfinin hücuma keçməsini istisna etmirlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam