Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Qobustanda ov tüfəngi oğurlayan şəxsdən narkotik də aşkarlanıb

 

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğa görə saxlanılan şəxsdən müxtəlif növ narkotik vasitələr də aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a  verilən məlumata görə, keçirilən əməliyyat zamanı rayonun Təklə Mirzəbaba kəndindən yerləşən evlərin birindən müxtəlif məişət əşyaları və ov tüfəngi oğurlayan Qahir Şərfalıyev tutularaq istintaqa təqdim olunub. Q.Şərfalıyevin sərnişin qismində əyləşdiyi avtomobildə olan ona məxsus çantadan ov tüfəngi, patronlar və 100 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Polis Şöbəsində həmin şəxsin üzərinə keçirilən baxış zamanı isə narkotik vasitə olan heroin və şprislər aşkarlanıb.

Araşdırma zamanı Q.Şərfalıyevin oğurladığı əşyaları dəyərindən ucuz qiymətə Bakı şəhərində satdığı məlum olub.

Faktla bağlı Qobustan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxsin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam