Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Mingəçevirdə -narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

       

 

  Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin  və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı bir neçə əməliyyat tədbiri həyata keçirilib.

         DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı  yaşadığı ünvanda narkotik vasitə gizlətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də məhkum olunmuş Qaçay Abduləzimov saxlanılıb.  Şəxsi axtarış zamanı həmin şəxsdən siqaret qutusunda narkotik vasitə olan marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun evinə də baxış keçirilib  və nəticədə həyətyanı sahədəki tikilidə saxladığı  470 qram qurudulmuş marixuana da qablaşdırılaraq maddi sübut kimi götürülüb.

         Polis əməkdaşları tərəfindən Q.Abduləzimovun yaşadığı ünvana baxış keçirilən zaman orada olan və onunla iş birliyi quran Səməd İsayev də  narkotiklərin,eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Şəxsi axtarış zaman həmin şəxsdən isə metamfetamin aşkarlanıb.

         Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər bir əməliyyat zamanı şəhər sakini  Seymur Bayramov saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan  6 qramdan artıq kustar üsulla hazırlanmış marixuana aşkarlanıb. Saxlanılan şəxsin ətrafında aparılan araşdırma zamanı onun Kür çayı sahilindəki kolluq ərazidə də narkotik vasitə gizlətdiyi müəyyən olunub.  Həmin yerə baxış keçirilən zaman oradan sellofan torbada 455 qram qurudulmuş marixuana aşkar edilib və qablaşdırılaraq maddi sübut kimi götürülüb.

         Faktlarla bağlı Şəhər Polis Şöbəsində cinayət işləri başlanıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam