Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ekspertlərdən SOS:bu ölkədə Azərbaycan məktəbləri sıradan çıxarılır

 

Ekspertlərdən SOS: bu ölkədə Azərbaycan məktəbləri sıradan çıxarılır

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Təhsil Xidmətləri Araşdırma Mərkəzinin təşkilatçılığı ilə Gürcüstanda yaşayan soydaşlarımızın təhsil problemlərinə həsr olunmuş tədbir keçirilib.

Yenixeber.org: Tədbir iştirakçılarını salamlayan AMEA-nın Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov Gürcüstanda yaşayan soydaşlarımızın təhsil problemlərindən danışıb:

“Biz hamımız narahatıq ki, Gürcüstandakı azərbaycanlıların təhsil aldığı məktəblərin sayı azalır. SOCAR və Heydər Əliyev Fondu orada təhsil almaq istəyən şəxslərə yardım göstərir. Amma bunu kampaniya halında davam etdirmək üçün nizamlamalar aparılmalıdır”.

Ekspert Kamran Əsədov isə bildirib ki, 1989-cu ildəki azərbaycandilli məktəblərin, milli kadrların və şagird və tələbələrin sayını 2018-ci ildəki ilə müqayisə edəndə dəhşətli nəticə ortaya çıxır:

“Sovet dövründə Gürcüstanda 183 azərbaycandilli məktəb olub. 1999-cu il statistikasına görə, azərbaycandilli məktəblərin sayı 167-dək azalıb. 2010-cu ildə Gürcüstanda 124 azərbaycandilli məktəb olub, hazırda isə azərbaycandilli məktəblərin sayı 80-dir.

Hazırda Gürcüstanda rəsmi rəqəmlərə görə, 350 mindən çox, qeyri-rəsmi məlumatlara görə isə yarım milyona yaxın azərbaycanlı yaşayır. Bu qədər insan sayı üçün məktəblərin sayı çox azdır. Hazırda Gürcüstan universitetlərində azərbaycandilli məktəblər üçün müəllim hazırlayan fakültələr yoxdur”.

Ekspert qeyd edib ki, Gürcüstanda Azərbaycan dilində təhsil verən müəllimlərin olmaması yaxın gələcəkdə azərbaycandilli məktəblərin yox olmasına gətirib çıxaracaq:

“Azərbaycan məktəblərində kadr çatışmazlığını həll etməyin yeganə yolu Gürcüstanda tez bir zamanda Azərbaycan Pedaqoji Universitetinin əsasının qoyulmasına nail olmaqdır”.

Tədbirdə çıxış edən digər iştirakçılar da sözügedən problemlərlə bağlı fikirlər səsləndirib, təkliflər irəli sürüblər.

Sonda isə iştirakçılar rəsmi müraciət olmasına baxmayaraq, Təhsil Nazirliyinin və diaspor nümayəndələrinin tədbirdə iştirak etməməsini təəssüfləndirici hal kimi qiymətləndiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam