Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sosial şəbəkələrə görə hər saatda 215 milyon dollar itirilib -Deputat

Sosial şəbəkələrə görə hər saatda 215 milyon dollar itirilib -    Deputat
Dünən axşam sosial şəbəkələrin çökməsi qlobal iqtisadiyyata da ziyansız ötüşməyib. "NetBlocks" şirkətinin hesablamalarına görə, "Facebook", "Instagram", "Twitter", "WhatsApp" və "Messenger"in çalışmadığı hər saat dünya iqtisadiyyatında 215 milyon dollar xərc yaradıb. Həmin şəbəkələrin 3 saat ərzində çalışmamaları dünya üçün 645 milyon xərc demək idi.
Yenixeber.org: Bunu Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov deyib. O bildirib ki, "NetBlocks" şirkətinin Dünya Bank, ITU, Eurostat və ABŞ statistikasının məlumatları əsasında apardığı hesablamalar görə, əgər internet qlobal olaraq 1 gün aktiv olmaza, o zaman dünya iqtisadiyyatına 51 milyard 423 milyon dollar ziyan dəyə bilər:

"Sadəcə "Facebook"un 1 gün çalışmaması isə dünya üçün 1 milyard 291 milyon dollar xərc demək olacaq. Sosial şəbəkələrin bir gün “donması” dünyada 5 milyard 165 milyon dollar xərc yarada bilər.

Qeyd edək ki, "NetBlocks" şirkəti statistik məlumatlar əsasında sosial şəbəkələrin və eləcə də internetin çalışmamasının hər bir ölkəyə vurduğu ziyanı da ayrıca hesablayır. Bu zaman ölkə iqtisadiyyatların ölçüsü əsas meyar kimi götürülür.

Son problemlərdən sonra 159 milyard dollar aktivləri olan "Facebook" şirkətinin səhmləri 5 faizə yaxın ucuzlaşaraq hazırda 326 dollara təklif olunur".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam