Prezident İlham Əliyev indiyə qədər Qarabağdakı erməni vətəndaşlarla bağlı fikirlər səsləndirib, lakin “Anadolu”ya müsahibəsində bir neçə məqam yeni idi.
Yenixeber.org: Birincisi, ermənilərin iş üçün Şuşaya gəlməsidir:
- bu haqda məlumat mediada yayılıb, lakin Prezident bunun bir yox, bir neçə dəfə olduğunu deyir:
- beynəlxalq ictimaiyyətə ermənilərin hazırki vəziyyətdə yaşaya bilmədiyi və yaşamaq üçün Azərbaycanın idarəçiliyinin bərpa edilməsinin alternativinin olmadığı göstərilir;
- Qarabağdakı ermənilərə gələcəklərini təmin etmək üçün çıxış yolu təqdim edilir;
İkincisi, Prezident Qarabağdakı ermənilərə “sizi işlə təmin etməyə hazırıq” mesajını göndərdi və bunun üçün “hüquqi tərəfi tam yerinə oturmasının” vacibliyini vurğuladı:
- bu, ciddi problemlərlə üzləşən ermənilərin işləmək, yaşamaq və övladlarının gələcəyini təmin etmək məqsədilə Bakının idarəçiliyini qəbul etməyə sövq etmək məqsədi daşıyır;
- bölgədəki vəziyyət buna imkan verir, separatçı-terrorçu rejimin bu günlərdə bir erməni gəncini “xainlik” ittihamı ilə həbs etməsi də Bakının istədiyi şərtlərin yetişdiyi, yaxud yetişməyə başladığı göstərir;
- Əliyev erməni vətəndaşlara çıxış yolunu təqdim edir: siz Azərbaycan vətəndaşısınız, bunu qəbul edin və normal yaşayın;
Üçüncüsü, ermənilərə Qarabağ və Şərqi Zəngəzur rayonları ilə bağlı planlar nümunə kimi göstərilir: Bakı ermənilərin yaşadığı ərazilərdə də bu layihələri həyata keçirə bilər;
Dördüncüsü, Prezidentin “biz müharibə istəmirik, amma hər şey Ermənistandan asılıdır” sözləri Qarabağdakı ermənilərə də ünvanlanıb: Azərbaycan vətəndaşlığını qəbul etməmək sonda müharibəni qaytara bilər və bundan ilk növbədə bu ermənilər əziyyət çəkəcək;
Prezidentin sözləri Bakının Qarabağdakı ermənilər üçün proqramının təqdimatı da hesab oluna bilər. Bu çıxışdan sonra ermənilərin iş üçün Azərbaycan hərbçilərinə müraciət sayı da arta bilər.
Bakı -Qarabağdakı ermənilərlə bağlı proqramını təqdim edir
![Bakı Qarabağdakı ermənilərlə bağlı proqramını təqdim edir](https://publika.az/storage/2021/02/04/800x450/xankendi.jpg)