Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Tanınmış səyahətçilər -Ağdamda minatəmizləmə prosesi ilə tanış olublar

Tanınmış səyahətçilər Ağdamda minatəmizləmə prosesi ilə tanış olublar

Azərbaycanda səfərdə olan bir qrup tanınmış səyahətçi işğaldan azad edilmiş Ağdamda minatəmizləmə prosesi ilə tanış olub.

Yenixeber.org: Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) region üzrə əməliyyat meneceri Ehtiram Cəfərov ərazinin minalardan təmizlənməsi, həmçinin aşkar edilmiş mina və hərbi sursatın zərərsizləşdirilməsi prosesinin necə həyata keçirildiyi barədə onlara məlumat verib.

Onun sözlərinə görə, hazırda əsas məqsəd yolların və əsas nəqliyyat infrastrukturunun minalardan təmizlənməsidir: “Hazırda dəmir yolu sahəsinin minalardan təmizlənməsi həyata keçirilir. Təmizlənmiş 2 km-lik ərazidə 40-dan çox mina aşkar edilib. Təkcə yollarda 100-dən çox mina aşkar edilib”.

O, Ermənistanın təhvil verdiyi mina xəritələrinə əsasən Ağdam rayonu ərazisində 97 min minanın basdırılmış olduğunu deyib.

Xatırladaq ki, sentyabrın 27-də Füzuli Beynəlxalq Hava Limanına ilk sınaq kommersiya uçuşu baş tutub. Tanınmış beynəlxalq səyahətçilər sınaq uçuşu ilə Füzuliyə təşrif buyurublar. Füzuli hava limanından sonra onlar Ağdama və Şuşaya səfər edəcəklər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam