Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Mingəçevir Xəstəxanası xəstə yaxını ilə həkimlər arasında baş verən davaya münasibət bildirib

Mingəçevir Xəstəxanası xəstə yaxını ilə həkimlər arasında baş verən davaya münasibət bildirib

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyası tibb müəssisəsində xəstə yaxını ilə həkimlər arasında baş verən davaya münasibət bildirib.

Yenixeber.org: Sentyabrın 19-da saat 21:02-də təcili yardıma vətəndaş Nərgiz Yusibova üçün mədə ağrısı narahatlığı ilə bağlı çağırış daxil olub.

"Çağırış edən şəxsə həmin saatda növdədə olan hər 2 təcili yardım briqadasının digər çağırışlarda olduğu bildirilib və bir qədər gözləmələri məsləhət görülüb. Lakin xəstə yaxını Məmmədov Bəxtiyar gözləməyib xəstəni Acil bölməsinə aparıb. Xəstəni qəbul edən həkim xəstədə cərrahi müdaxiləyə ehtiyacın olmadığını bildirdikdən sonra ona ilkin tibbi yardım göstərilib.

İlk tibbi yardımdan təxminən 7-10 dəqiqə ərzində Yusibova Nərgiz Vasif qızının ağrıları azalıb. Xəstə acildə olduğu müddətdə xəstə yaxını B.Məmmədov TTYS-nin dispetçer otağına daxil olub, orada kobud ifadələrlə işçiləri təhqir edib, stol, stulları dağıdıb qırıb. Bu barədə dərhal hüquq mühafizə orqanlarına məlumat verilib. Sonra Acilə gedərək həkimdən xəstənin daha 1 saat Acildə qalmasını tələb edib. Lakin həkim buna ehtiyac olmadığını bildirərək xəstəni evə göndərib və ixtisas həkiminə müayinə olunmağı məsləhət görüb", - xəstəxanadan qeyd olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam