Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Səfər Mehdiyev -Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb

Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev ilə Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə onlayn formatda görüş keçirilib.

Yenixəbər.org: Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilir ki, görüşdə Azərbaycan gömrük xidməti ilə ÜGT arasında uzunmüddətli işgüzar əlaqələrdən məmnunluqla söhbət açılıb, əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə və birgə fəaliyyət nəticəsində yeni nailiyyətlərin əldə olunacağına əminlik ifadə olunub.

S.Mehdiyev Azərbaycan gömrüyünün pandemiya dövrünün yaratdığı çətinliklərə baxmayaraq uğurlu fəaliyyətindən bəhs edib, informasiya texnologiyalarına əsaslanan layihələr, beynəlxalq ticarətin inkişafı, qaçaqmalçılığa, xüsusilə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə atılan addımlardan danışıb.

Kunio Mikuriya ÜGT-nin ən çətin və böyük Avropa regionuna rəhbərliyi dövründə Dövlət Gömrük Komitəsinin peşəkat fəaliyyətinə, üzv ölkələrin gömrük orqanları arasında koordinasiyanın səmərəli təşkilinə görə Komitə sədrinə təşəkkürünü bildirib.

Görüşdə əməkdaşlığın daha da gücləndirilməsi, beynəlxalq ticarətin inkişafının dəstəklənməsi istiqamətində gələcəkdə atılacaq addımlar, görüləcək işlər barədə ətraflı fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam