Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Mən bura 2007 və 2009-cu illərdə gəlmişdim" -Polad Bülbüloğlu Şuşada

“Bu evdə hər şey dağıdılmış, sındırılmış, pəncərələr, qapılar, bütün eksponatlar oğurlanmışdı”. 

Yenixeber.org:  Bunu Üzeyir Hacıbəyli - XIII Beynəlxalq Musiqi Festivalı ilə bağlı Şuşaya səfər zamanı Bülbülün ev muzeyinə baş çəkən Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

P. Bülbüloğlu deyib ki, sonra da evin iki divarı çöküb: “Ömür-gün elə gətirib ki, mən bura 2007-ci ildə və 2009-cu ildə gəlmişdim. 2007-ci ildə Şuşaya Fərhad Bədəlbəyli də gəlmişdi. Təbii ki, 2007-ci ildə mən də, Fərhad Bədəlbəyli də tamam ayrı hislər keçirirdik. Öz ata evini belə dağılmış halda görmək çox çətin bir sınaq idi. Allaha şükür ki, bu günü də gördük. Hörmətli Prezidentimizə dərin təşəkkürümüzü bildiririk. Keçən il bu vaxt bizim yuxumuza da gələ bilməzdi ki, 1 ildən sonra biz Şuşada Bülbülün ev muzeyini bərpa edəcəyik, Üzeyir Hacıbəyovun abidəsi təzədən qoyulacaq, Şuşada yüksək səviyyəli tədbirlər keçiriləcək. Mən çox şadam ki, musiqiçi dostlarım, bəstəkarlar, musiqişünaslar bu gün Şuşaya gəliblər. Bu, böyük bir bayramdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam