Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“CAMAATIN DƏRDİ VAR, ONLARA QULAQ ASMAQ LAZIMDIR” –Məşhur pianoçudan Xanlarovaya sərt cavab + VİDEO

1551520017-660

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Xalq artisti Zeynəb Xanlarovanın prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı çıxışına sərt münasibət bildirib.

 Yenixeber.org: Məlumata görə, buna səbəb Zeynəb Xanlarovanın görüşün axarını dəyişmək niyyəti olub.

Qeyd edək ki,  səmimi şəraitdə keçən görüşdə yaradıcı şəxslərin öz problemlərini açıqlaması  Zeynəb Xanlarovanı nədənsə narahat edib. O, tanınmış mədəniyyət və incəsənət xadimlərinin təmsil olunduqları cameəni, həmçinin bütövlükdə cəmiyyəti narahat edən problemləri qabartmasına qarşı çıxıb. Bu görüşdə də hamını “hər şey əladır”, “heç bir probem yoxdur”, “sürətlə inkişaf edirik” və sair bu kimi çıxışlar etməyə çağırıb. Dolaysıyla Prezidentin səmimi şəkildə yaradıcı insanların dərdini dinləmək üçün keçirdiyi görüşü də qeyri-səmimi, ənənəvi bir toplantıya çevirməyə cəhd edib.

Ancaq Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, məşhur pianoçu Fərhad Bədəlbəyli əsl ziyalı mövqeyi ortaya qoyaraq,  Zeynəb Xanlarovanın bu niyyətinin kerçəkləşməsinin qarşısını alıb.

Məşhur pianoçu müğənninin “Görürəm ki, bəzi çıxışlar xahişlərdən ibarətdir. Xahiş edirəm, xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən danışın” – deməsinə mədəni, ancaq kifatət qədər də sərt  reaksiya verib:

“Bu görüşə görə dərin minnətdarlığımı bildirmək istərdim. Burada əyləşənlərin hamısı, bütün yaradıcılıq ittifaqları sizi bir il bundan qabaq filarmoniyada dəstəkləyiblər. Mən bacım Zeynəblə razı ola bilmərəm. Nəyə görə, Zeynəb? Firəngiz xanım da ( Xalq artisti Firəngiz Əlizadə), Anar da (Xalq yazıçısı Anar Rzayev) böyük ittifaqların sədrləridir.

Onların min dərdi var. Onlar özləri üçün heç bir şey xahiş etmirlər. Camaatın dərdi var, onlara qulaq asmaq lazımdır. Ona görə də 90 illiyini qeyd edən bəstəkarımız 1991-ci ildə Abxaziyadan lüt gəldi.

Mən onu işə qəbul etdim. Bütün ailə Azərbaycan üçün işləyir. Ona görə mən Firəngiz xanımı alqışlayıram və dəstəkləyirəm.”

Başa düşən üçün çox sərt və yerində verilmiş cavab idi.  

Elman
AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam