Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Taliban" müqavimət cəbhəsi ilə danışıqlara başlayır

Tacikistan və Pakistanın vasitəçiliyi ilə Əfqanıstan müqavimət qüvvələri ilə radikal "Taliban" hərəkatının nümayəndələri arasında danışıqlar keçiriləcək.

Yenixeber.org: Bu barədə Tacikistan prezidenti Emoməli Rəhmon Pakistanın baş naziri İmran Xanla aparılan danışıqların nəticələrinə əsasən məlumat verib.

“Pəncşir əyalətində atəşkəs elan etmək və bölgə əhalisinə humanitar yardım göstərmək üçün münaqişə və gərginliyin erkən aradan qaldırılması günün ən vacib vəzifələrindən biridir. Tacikistan və Pakistan bu məqsədə çatmaq üçün hər cür səy göstərməyə hazırdır", - İ.Rəhmon deyib.

Qeyd edək ki, danışıqların Tacikistanın paytaxtı Düşənbədə keçirilməsi planlaşdırılır.

Bundan əvvəl Əfqanıstanın "Tolo News" telekanalı bildirib ki, Pəncşir əyalətinə gedən yollar yenidən açılıb və telekommunikasiya xidmətləri bərpa edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam