Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Taliban” Pəncşirdə 300-dən çox döyüşçüsünü itirib-YENİLƏNİB

“Taliban” döyüşçüləri Əfqanıstanın şimalında müqavimət qüvvələri tərəfindən müdafiə olunan Pəncşir əyalətinə hücum edərkən 300-dən çox döyüşçüsünü itirib”.

Yenixeber.org: Bu barədə bölgədəki mənbə məlumat yayıb.

Bildirilib ki, bir neçə “Taliban” üzvü ağır yaralanıb, əsir götürülənlər də var.

Hazırda bölgənin girişlərində döyüşlər davam edir. “Taliban” müdafiə xəttini yara bilməyib.

Daha əvvəl Taliban səlahiyyətliləri, altı əhəmiyyətli Panсşir forpostunu ələ keçirə bildiklərini və bölgəyə əhəmiyyətli dərəcədə irəliləyə bacardıqlarını söyləyib.

 

***

21:30

Əfqanıstanda Pəncşir vilayəti ətrafında gedən döyüşlərdə 34 "Taliban" döyüşçüsü öldürülüb, 65 yaralanıb.

Xarici KİV-lər xəbər verir ki, bunu ölkənin sabiq müdafiə naziri Bismillah Mohammadi söyləyib.

Daha əvvəl, "Sputnik Əfqanıstan" mənbələrinə istinadən xəbər verib ki, Pəncşir ətrafında "Taliban" və müqavimət qüvvələri arasında toqquşmalar gecə saat 2 -dən etibarən davam edir. Müqavimət Cəbhəsi tərəfindən təsdiq edilmiş itkilər var. Qeyd olunur ki, "Taliban" fəal şəkildə artilleriyadan istifadə edir.

***

16:58

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması tabe olmaqdan imtina edən Pəncşir vilayətindəki müqavimət qüvvələrinə çağırış ünvanlayıb.

Çağırışda bu qüvvələrin “Taliban”a birləşməsi təklif olunub.

“Toqquşmalardan qaçmaq üçün müqavimət qüvvələrini hərəkata qoşulmağa çağırırıq”, - bildirilib.

“Taliban” həmçinin Pəncşirə qubernator təyin edib.

Qeyd edək ki, Pəncşirdəki qüvvələrə Əhməd Məsud və Əfqanıstanın birinci vitse-prezidenti Əmirulla Saleh başçılıq edir.(TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam