Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Finlandiyada COVID-19 peyvəndi -körpə və uşaqlar üzərində sınaqdan keçiriləcək

Finlandiyada COVID-19 peyvəndi körpə və uşaqlar üzərində sınaqdan keçiriləcək

Finlandiyanın Tampere Universitetinin Vaksinlərin öyrənilməsi Mərkəzi koronavirus vaksininin yoxlanılması üçün 6 aydan 12 yaşa qədər körpə, uşaq və yeniyetmələrin yığımını həyata keçirir.

Yenixeber.org: Bununla bağlı elmi layihə “Pfizer” şirkəti tərəfindən hazırlanaraq maliyyələşdirilir. Layihə Finlandiyadan başqa həmçinin İspaniyada, Polşada və ABŞ-da da həyata keçirilir.

Tədqiqatda iştiraka 12 yaşa qədər sağlam uşaqlarla yanaşı, vaksinlərə qarşı allergik reaksiyası olmayan yeniyetmələr də buraxılırlar.

Qeyd edilir ki, sınaq üçün iki və yuxarı yaş qrupları üzrə körpələr seçilib və indi 6-24 aylıq körpələr, ümumilikdə 1 250 nəfər axtarılır.

Tədqiqatdan sonra preparatın tətbiqi Avropa Birliyinin nizamlayıcı orqanı – Avropa Dərman Vasitələri Agentliyi tərəfindən bəyənilməlidir. Bundan sonra gələn ilin əvvəlindən peyvəndin kütləvi istifadəsinə başlanıla bilər.

Finlandiyada hələ avqustda 12 yaşdan yuxarı yeniyetmələrin koronavirusdan vaksin edilməsinə başlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam