Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bağdad Amreyev: -"Türk Şurasına üzv dövlətlərin şirkətləri azad olunmuş ərazilərin bərpasında iştirakda maraqlıdır"

Bağdad Amreyev: Türk Şurasına üzv dövlətlərin şirkətləri azad olunmuş ərazilərin bərpasında iştirakda maraqlıdır
Xarici işlər naziri Ceyhun Bayramovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Yenixeber.org: XİN-dən verilən məlumata görə, tərəflər Türk Şurasının gündəliyində duran geniş spektrli məsələlər, qarşıdan gələn tədbirlər, xüsusilə də cari ildə İstanbulda keçiriləcək Zirvə görüşünə hazırlıq məsələlərini ətraflı müzakirə ediblər.

Bakıda keçiriləcək Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin görüşü və Biznes Forumunun gündəliyi barədə məlumat verən baş katib, həmçinin TŞ-nin iqtisadi sahədə əməkdaşlığın möhkəmləndirilməsi sahəsində görülən tədbirlərdən danışıb. Bağdad Amreyev bütün iştirakçı dövlətlərdən şirkətlərin Azərbaycanın azad olunmuş ərazilərinin bərpası prosesində iştirakda maraqlı olduqlarını qeyd edib və çoxsaylı iş adamlarının Bakıda keçiriləcək Biznes Foruma qatıldıqlarını vurğulayıb.

Nazir Ceyhun Bayramov TŞ-nin Bakıda baş tutacaq iqtisadiyyat nazirlərinin görüşü və Biznes Forumuna uğurlar arzulayıb. Azərbaycanın TŞ çərçivəsində əməkdaşlığa yüksək önəm verdiyi, təşkilatın fəaliyyətinin tərəfimizdən hər zaman dəstəkləndiyi vurğulanıb.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam