Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

Türk Şurasının baş katibi -Azərbaycanın cəbhədə keçirdiyi əməliyyatlara dəstək verdi

Türk Şurasının baş katibi Azərbaycanın cəbhədə keçirdiyi əməliyyatlara dəstək verdi

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Türk Şurasının baş katibi Bağdad Amreyev arasında telefon danışığı olub.

Yenixeber.org:  Bu barədə Türk Şurası məlumat yayıb.

Qeyd olunub ki, XİN başçısı Ceyhun Bayramov Türk Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı yeni təcavüzü qarşısında Azərbaycana verdiyi dəstək və obyektiv mövqeyinə görə təşəkkürünü bildirib. Nazir mülki vətəndaşlar və obyektlərin hədəfə almasının Ermənistanın təxribat siyasətinin bir parçası olduğunu vurğulayıb.

Baş katib isə türk dünyasının qarşıdurma bölgəsindəki hadisələri dərin narahatlıqla izlədiyini bildirərək Türk Şurasının Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həllini dəstəklədiyini qeyd edib.

XİN başçısı Ceyhun Bayramov və baş katib Bağdad Amreyev həmçinin Türk Şurasının gündəmindəki önəmli mövzular ətrafında fikir mübadiləsi aparıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam