Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Qarabağ qazisi: -"Laçında içdiyin bir stəkan su adamı 29 il əvvələ aparır"

Qarabağ qazisi: Laçında içdiyin bir stəkan su adamı 29 il əvvələ aparır

"29 il sonra öz doğma torpaqlarımıza getdik".

Yenixeber.org: Bunu Laçın rayon sakini, Qarabağ qazisi Babək Aslanov doğma yurdlarına səfərlərindən danışarkən deyib.

O bildirib ki, Laçına daxil olanda səfər edənlərin sevincinin həddi-hüdudu olmayıb: "Orada nə hisslər keçirdiyimizi sözlə ifadə edə bilmirik. Laçında içdiyin bir stəkan su adamı 29 il əvvələ aparır".

B.Aslanov qeyd edib ki, Vətən müharibəsi zamanı - oktyabrın 17-də bir sıra keçmiş döyüşçülərlə birgə kəşfiyyatçı-bələdçi kimi Qarabağa dəvət olunublar: "Bir neçə rayonlarımız döyüşçülərimizin qanı bahasına, Ali Baş Komandanımızın rəhbərliyi ilə işğaldan azad olundu. Laçın, Kəlbəcər, Ağdam düşmənin ağ bayraq qaldırıb, təslim olması ilə azad edilbi. Bu, bizim ordumuzun, xalqımızın gücü, dövlətimizin qüdrəti, Ali Baş Komandanımızın siyasətinin nəticəsidir".

Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərdə ata-baba yurdlarına baş çəkən və həmin yerlərə getmək arzusunda olan keçmiş məcburi köçkünlərin xatirələri və təəssüratları barədə videoçarxlar hazırlayır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam