Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Azərbaycanda televiziya və radioların fəaliyyətində -müvəqqəti fasilə yaranıb

Azərbaycanda televiziya və radioların fəaliyyətində müvəqqəti fasilə yaranıb

Azərbaycanın televiziya və radio kanallarının növbəti kompleks profilaktikası həyata keçirilir.

Yenixeber.org: Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Teleradio" İstehsalat Birliyindən bildirilib.

Bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi tərəfindən bu gün saat 06:00-dan növbəti kompleks profilaktika işlərinə start verilib. Kompleks profilaktika işlərinin bu gün saat 15:00-dək tam başa çatdırılması nəzərdə tutulub. Bu müddət ərzində ölkə ərazisində radio və televiziya proqramlarının yerüstü yayımında fasilələr olacaq. Kompleks profilaktika texniki tələbdir və onun aparılmasında məqsəd, bütün yayım avadanlıqlarında, onların anten-fider sistemlərində müvafiq test-yoxlama, sazlama, təmir-bərpa və digər profilaktik işlərin aparılmasından ibarətdir.

Qeyd edək ki, kompleks profilaktika radio-televiziya proqramlarını istehsal edən şirkətlərlə öncədən razılaşdırılmış qrafik əsasında il ərzində bir neçə dəfə aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam