Yenixeber.org: Bu barədə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.

Kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı həmin gün saat 06:00-dan 15:00-dək dayandırılacaq.

Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunmuş cədvələ uyğun həyata keçirilir. 2018-ci ilin cədvəlinə əsasən dörd profilaktika nəzərdə tutulub.

Birinci kompleks profilaktika fevralın 5-i, ikincisi iyunun 11-də keçirilib. Növbəti profilaktika isə dekabrın 3-də aparılacaq.