Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

"Taliban" xarici ölkələrə çağırış etdi:"Səfirlikləri geri qaytarın"

 

"Səfirlikləri geri qaytarın" -   "Taliban"dan xarici ölkələrə çağırış
"Taliban" hərəkatı hakimiyyət dəyişikliyindən sonra bu ölkədəki səfirliklərini bağlayan xarici dövlətləri onları yenidən Kabilə qaytarmağa çağırır.
Yenixeber.org: Bu barədə "Taliban" Siyasi Bürosunun üzvü Məhəmməd Naim bildirib.
"Əlbəttə, çağırırıq. Kabildə təhlükəsizliyi təmin etdik. Qeyd etmək istərdim ki, dəyişikliklərin başlanğıcından etibarən heç bir səfirlikdə heç bir problem olmayıb. Bu, vədlərimizi yerinə yetirdiyimizi və müdafiə edə biləcəyimizi göstərir",-deyə Məhəmməd Naim bildirib. Onun sözlərinə görə, "Taliban" qonşu ölkələrlə, dünya ictimaiyyəti və bölgə ölkələri ilə dialoq aparmaq istəyir.
Daha əvvəl ABŞ və Yaponiya diplomatik missiyalarının Əfqanıstandan Qətərə köçürüldüyünü, Hollandiya da Əfqanıstandakı diplomatik missiyasını qəbul etmək üçün Qətərə müraciət etdiyini açıqladı. Almaniya isə bu mövzunu müzakirə edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam