Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Kabildəki Rusiya səfirliyini “Taliban” qoruyur

Rusiyanın Əfqanıstandakı səfiri Dmitri Jirnov bildirib ki, hazırda Kabildə yalnız Rusiya və Çinin səfirlikləri işləyir.

Yenixeber.org: Bu barədə "Rusiya 24" telekanalı xəbər verir.

Səfirin sözlərinə görə, şəhərdə vəziyyət sakitdir və diplomatik korpusunun nümayəndələri üçün heç bir təhlükə yoxdur. O, telekanalının efirində Rusiya səfirliyinin taliblər tərəfindən mühafizə olunduğu deyib.

"Bizi qoruyan Əfqanıstan hərbçiləri getdi, indi bizi “Taliban” mühafizə edir", - deyə Rusiya səfiri bildirib.

O, Rusiyanın gələcəkdə “Taliban”la necə dialoq quracağı məsələsini də şərh edib: "Düşünürəm ki, biz onların siyasətini izləyəcəyik. Əfqanıstanın sivil dövlət olmasını istəyirik, istəyirik ki, terror olmasın, narkotik alveri olmasın, insan haqlarına hörmət edilsin.  Taliban bizə lazım olan bütün vədləri verib, ümid edirik ki, onlar yerinə yetiriləcək. Düşünürəm ki, xəttimiz bundan asılı olaraq qurulacaq. Gözləmək lazımdır"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam