Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Latın Amerikasından olan bir qrup jurnalist -Gəncəyə səfər edib

Latın Amerikasından olan bir qrup jurnalist Gəncəyə səfər edib

Latın Amerikasının tanınmış media nümayəndələri Gəncə şəhərində səfərdədirlər.

Yenixeber.org: Onlar Vətən müharibəsi zamanı ermənilərin Gəncə şəhərinə atdıqları raket nəticəsində mülki insanların həlak olduğu və yaralandığı ərazilərə baş çəkəcəklər.

Onları müşayiət edən yerli rəsmilər dağıntıların olduğu ərazilərə gələn xarici media nümayəndələrinə baş vermiş hadisə ilə bağlı məlumatlar verəcəklər.

Qeyd edək ki, səfərdə Meksikanın "El Universal" qəzetinin redaktoru Qabriel Moyssen, Kolumbiyanın "İmpacto Mundo" telekanalının aparıcısı və bir neçə agentliyin müxbiri olan Roberto Trobaxo, Perudan tanınmış jurnalist, Peru Jurnalistlər Federasiyasının vitse-prezidenti Rikardo Sançes və Perunun nüfuzlu "La Razon" qazeti və "Prensa21" xəbər portalının direktoru olan Karlos Linares və Kosta-Rikadan "Horizontes TV" kanalının aparıcısı Denis Mora Qusman iştirak edir.

Onlar Gəncə şəhərindən sonra Ağdam şəhərinə yola düşəcəklər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam