Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

ABŞ səfirliyindən saxta viza xəbərdarlığı

 

ABŞ-ın Bakıdakı səfirliyi Mühacir Vizası (MV) və yaxud Viza Lotereyası proqramının ərizəçilərinə göndərilən saxta elektron poçt və məktubların sayının əhəmiyyətli dərəcədə artması ilə bağlı ictimaiyyətə xəbərdarlıq edir

"Xeberinfo.com":  Səfirlikdən verilən məlumata görə, bu cür saxta elektron poçt və məktubların müəllifləri MV proqramının ərizəçilərindən ödəniş əldə etmək üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər.
Səfirlik potensial saxta müraciətləri müəyyən etməyə kömək göstərmək üçün ərizəçilərə MV üzrə qaydalar və prosedurlar haqqında məlumatı nəzərdən keçirməyi tövsiyə edir.
Qeyd olunub ki, ərizəçilərə öz statuslarını yoxlamaq üçün MV İştirakçısının Statusunun Yoxlanılması bölməsinə onlayn rejimdə daxil olmalarını xatırlatmaq məqsədilə ABŞ hökuməti tərəfindən elektron poçt göndərilə bilər, lakin onlara MV iştirakçısına çevrilmələri barədə hər hansı xəbərdarlıq məktubu və yaxud elektron poçt göndərilmir.
Ərizəçilər MV proqramına müraciətlərinin qəbul olunub-olunmaması ilə bağlı məlumatı yalnız MV İştirakçısının Statusunun Yoxlanılması bölməsinə onlayn rejimdə aşağıdakı ünvandan daxil olaraq yoxlaya bilərlər: http://www.dvlottery.state.gov.
Səfirlik xatırladıb ki, MV lotereyasına müraciət pulsuzdur, MV lotereyasının iştirakçılarından yalnız onlar lotereyada seçildikdən və Mühacir Vizasına müraciət edə biləcəkləri haqqında təlimat verildikdən sonra ödəniş etmək tələb olunur. Bu ödənişlər əvvəlcədən təyin olunmuş qrafik əsasında ABŞ səfirliyinin və yaxud konsulluğun kassasına ödənilir. ABŞ hökuməti heç bir halda ərizəçilərdən ödənişi çek, bank və yaxud poçt köçürməsi vasitəsilə əvvəlcədən həyata keçirməyi tələb etmir.
Ərizə formasının təqdim olunması, mühacir vizası nömrəsinin verilməsi və yaxud vizanın alınmasını “vəd” verən xidmətlərin müqabilində tələb olunan istənilən ödənişlər fırıldaqçılıq məqsədi güdür. Əgər ərizəçilər MV proqramı ilə bağlı onlara edilən müraciətlərin qanuni olub-olmadığına əmin deyillərsə, bu halda onlardan [email protected] elektron poçtu vasitəsilə ABŞ səfirliyinin Konsulluq şöbəsinə müraciət etmək xahiş olunur.
ABŞ-ın Bakıdakı səfirliyi MV ərizəçilərindən qeyri-qanuni ödənişlərin əldə olunması məqsədilə həyata keçirilən fırıldaqçılıq əməllərinin dayandırılması üçün yerli hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edəcək.
Səfirlikdən bildiriblər: "Əgər siz bu cür fırıldaqçılıq əməlinin qurbanı olduğunuzu hesab edirsinizsə və yaxud fırıldaq məqsədilə sizə müraciət olunubsa, xahiş edirik, bu barədə səfirliyə "Facebook" səhifəmiz vasitəsilə və yaxud [email protected] elektron poçt ünvanına müraciət etməklə məlumat verəsiniz".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam