Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Sosial xidmətlər insanların evlərinin kandarına qədər aparılacaq”

 

“Sosial xidmətləri insanların evlərinin kandarına qədər aparmaq lazımdır. Bunun üçün ən yaxşı vasitə poçtdur. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) ilə danışıqlar aparıb. Biz insanlara elə şarait yaratmalıyıq ki, hansısa instansiyanın qapısını döyüb sənəd istəməsinlər”.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, bir il əvvəl prezident İlham Əliyev ünvanlı sosial yardımların verilməsinin təkmilləşdirilməsi ilə bağlı göstəriş vermişdi. Bununla bağlı nazirliyin əməkdaşları müxtəlif xarici ölkələrdə beynəlxalq təcrübəni öyrəniblər:

 

“Biz insanlara elə şərait yaratmalıyıq ki, hansısa instansiyanın qapısını döyüb sənəd istəməsinlər. Onlar poçt şöbələrində yaradılan şəbəkələrdən elektron informasiya bazasına birbaşa müraciət etsinlər. Artıq insanlar yaşayış, əməkhaqqı barədə sənədləri toplamayacaqlar. Yazılı müraciətlər də qüvvəsində qalır. Bütün poçt şöbələrində İnform köşkləri quraşdırılacaq. İnsanlar lazım olan informasiyanı dolduraraq, asan imza ala biləcəklər. Bununla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə danılşıqlarımız başlanıb. ”.

 

Nazirin sözlərinə görə, Azərbaycanda kəndlərdə 1500-dən artıq poçt şöbəsi var. Hər 3 kənddən birinə poçt şöbəsi düşür. Bunların əksəriyyəti kanallar vasitəsilə Rabitə Nazirliyinin müvafiq şöbəsinə birləşdirilib: 

 

“Ailə ilk öncə notariusda ailə üzvünə ünvanlı sosial yardım verilməsi üçün vəkalətnaməni təsdiq etməlidir.  Sonra o, həmin vəkalətnaməni kəndəki poçt şöbəsinə verəcək. Ədliyyə Nazirliyinin vəkalətnamələrlə bağlı şöbəsinə çıxışı olacaq və bu, poçtda yoxlanıldıqdan sonra o şəxsə xüsusi elektron imza pulsuz veriləcək. Xüsusi elektron imzanı almış şəxs inform köşkünün qarşısında verilən sualları cavablandıracaq. Əgər həmin şəxs yalan informasiya verərsə, o, 2 il müddətinə ünvanlı sosial yardım almaq imkanını itirəcək. Daha sonra həmin şəxs haqqında məlumatlar yoxlanılaraq ona ünvanlı sosial yardımın verilməsi ilə bağlı məlumat veriləcək”.

 

Publika.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam