Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənilər Xankəndidə nəyə hazırlaşır? -2 sentyabr tarixi həlledici ola bilər

Ermənilər Xankəndidə nəyə hazırlaşır? - 2 sentyabr tarixi həlledici ola bilər

Sentyabrın 2-də Xankəndidə separatçı-terrorçu rejim qondarma “müstəqillik günü” keçirməyə hazırlaşır: 1991-ci ilin 2 sentyabr tarixində Qarabağdakı erməni separatçılar qanunsuz “referendum” keçirərək, Azərbaycandan ayrılmaqla bağlı qərar qəbul ediblər.

Yenixeber.org: Separatçıların “parlament sədri” Artur Tovmasyan İrəvanda Ermənistan parlamentin sepikeri Alen Simonyanla görüşüb və onu qondarma “müstəqillik günü”nə dəvət edib. Tovmasyan Ermənistan parlamentindəki bütün fraksiya rəhbərləri ilə görüşməyə və onları da dəvət etməyə hazırlaşır. Bildirir ki, sentyabrın 1-də qondarma “parlamentin” xüsusi iclasını keçirəcəklər və Ermənistan deputatlarını da orada görmək istəyirlər.

Bu, müharibədən sonra separatçı-terrorçuların ilk keçirmək istədikləri “müstəqillik günü”dür. Bunun reallaşması üç kontekstdə təhlükəlidir:

1. Xankəndidəki separatçı-terrorçu rejimin Azərbaycan sərhədləri daxilində “dövlət” olmaq istəyi stimullaşır;
2. Ermənistan “Qarabağ münaqişəsi bitməyib” iddiası üçün “arqument” qazanır;
3. “Qarabağ;n statusu” məsələsini gündəmə gətirmək istəyən dövlətlər’ istinad mənbəyi verir;


Bakının bunun qarşısını diplomatik tələblərlə ala bilməsi çətindir, xüsusilə bölgədə mövcud olan Rusiyanın sərgilədiyi mövqe fonunda. Yeganə yol ermənilərin qondarma “müstəqilliklərinə” həlledici zərbənin elə sentyanrın 2-də vurulmasıdır, yaxud ən azından izi qalacaq dərsin verilməsidir.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam