Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Maliyyə Nazirliyindən -Azərbaycanın IMF-dəkı hesabının artması ilə bağlı açıqlama

Maliyyə Nazirliyindən Azərbaycanın IMF-dəkı hesabının artması ilə bağlı açıqlama

Beynəlxalq Valyuta Fondunun (IMF) Rəhbərlər Şurası cari ilin avqust ayının 2-də Fonda üzv ölkələr arasında əlavə 456,5 mlrd həcmində Xüsusi Borclanma Hüquqlarının (XBH) yerləşdirilməsi barədə qərar qəbul edib.

Yenixeber.org: Maliyyə Nazirliyindən verilən məlumata görə, qərarın qəbul edilməsi dünya ölkələrinin üzləşdiyi COVID-19 böhranı və bir çoxunun maliyyə durumunun kəskin pisləşməsi, ilk növbədə valyuta ehtiyatlarının tükənməsi ilə əlaqədardır.

Xüsusi Borclanma Hüquqları Fondun üzv ölkələri arasında onların Fonddakı kvotalarına, yəni iştirak paylarına mütənasib şəkildə yerləşdirilir.

Azərbaycanın IMF-dəki 0,082 % və ya 391,7 mln XBH həcmindəki kvotası son qərarın qəbulu nəticəsində 96 %-ə yaxın artırılaraq 767,1 mln XBH-na çatdırılıb.

Xüsusi Borclanma Hüquqları IMF tərəfindən yaradılmış beynəlxalq ehtiyat aktividir və üzv ölkələrin beynəlxalq aktivlərinin artırılması üçün nəzərdə tutulur və istənilən ölkə XBH-nı xarici valyutaya dəyişə bilər.

XBH-larının dəyəri 5 aparıcı dünya valyutasının – ABŞ dolları (41,8), Avro (30,9), Çin yuanı (10,9), Yapon yeni (8,3), və İngiltərə funt sterlinqinin (8,1) faizləri əsasında müəyyən edilir.

Tükənmiş valyuta ehtiyatlarının artırılmasına ehtiyacı olan hər bir üzv ölkə kvota üzrə Xüsusi Borclanma Hüquqlarını xarici valyutaya dəyişərək ölkəsinin mərkəzi bankının ehtiyatlarını artıra bilər.

IMF-in Rəhbərlər Şurasının 650 mlrd (456 mlrd XBH) ABŞ dolları ekvalentində olan XBH-larının yerləşdirilməsi barədə qərarı cari ilin 23 avqust tarixində qüvvəyə minib və elə həmin gün də Azərbaycan Respublikasının IMF-dəkı hesabına 375,4 mln XBH-ları həcmində vəsait daxil olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam