Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyə, Özbəkistan, Qazaxıstan -ABŞ-a Kabildən təxliyədə kömək təklif edib

Türkiyə, Özbəkistan, Qazaxıstan ABŞ-a Kabildən təxliyədə kömək təklif edib

Dünyanın bir sıra ölkələri ABŞ-a insanların Əfqanıstanın paytaxtı Kabildən çıxarılması ilə bağlı kömək təklif edib.

Yenixeber.org:  Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays bildirib.

"Bəhreyn, Danimarka, AFR, İtaliya, Qazaxıstan, Küveyt, Qətər, Tacikistan, Türkiyə, BƏƏ, Böyük Britaniya, Özbəkistan ya artıq kömək ediblər, ya da ABŞ vətəndaşlarının tranzit yolla köçürülməsində yardım göstərəcəklər", - o brifinqdə deyib.

Bundan başqa, Praysın sözlərinə görə, Ukraynanın da daxil olduğu ölkələr qrupu əfqanların yerləşdirilməsi ilə bağlı “səxavətli təkliflər” edib.

Qeyd edək ki, ABŞ bir neçə gündür, Kabil hava limanı vasitəsilə “Taliban” hərəkatının silahlıları tərəfindən tutulmuş Əfqanıstanda qalmaq istəməyən əfqanların və əcnəbilərin təxliyəsini həyata keçirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam