Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

12 ölkə “Taliban”a çağırış etdi –“Zorakılığı dayandırın”

İyulun 22-də Əfqanıstanda 12 ölkənin səfirliyi «Tabiban»ı və davam edən münaqişənin bütün tərəflərini «təcili olaraq, zorakılığı dayandırmağa və davamlı və hərtərəfli atəşkəsə» çağırıb.

Yenixeber.org: Bəyanat taliblərə Avstraliya, Kanada, Çexiya, Danimarka, Avropa İttifaqı nümayəndəliyi, Finlandiya, Almaniya, İtaliya, Yaponiya, Koreya, Böyük Britaniya və Amerika Birləşmiş Ştatları (ABŞ) diplomatik missiyası tərəfindən göndərilib.

«Biz, bütün Əfqanıstanda davam edən qətllər, həyati əhəmiyyətli infrastrukturun dağıdılmasına, əfqanların son iyirmi ildə əldə etdikləri nailiyyətlərə - bizim qəti şəkildə dəstəklədiyimiz nailiyyətlərə qarşı təhdidləri, bəyənatları və digər təzyiqləri pisləyirik» - bəyanatda deyilir.

Sənəddə həm də bildirilir ki, taliblərin hücumu onların Dohada tənzimləmənin dəstəklənməsi və sülh prosesi barədə verdikləri bəyanatla ziddiyyət təşkil edir.

«Bu, heç bir günahı olmayan əfqanların öldürülməsinə, o cümlədən, məqsədli şəkildə davam edən qətllərin, mülki əhalinin yerdəyişməsinə, talanlara və həyati əhəmiyyətli infrastrukturun və rabitə xətlərinin zədələnməsinə gətirib çıxardıb».

Əfqanıstanın «TOLOnews» agentliyinin bildirdiyi kimi, bu ərəfədə Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov bəyan edib ki, «Tabiban» tərəfindən zorakılıq güclənsə də qruplaşma münaqişənin siyasi tənzimlənməsinə hazırdır. Əfqanıstan XİN bu gün buna cavab verib ki, əgər Kabulov bu barədə dürüst informasiyaya malikdirsə, onu hökumətlə bölüşməlidir.

«Əgər cənab Kabulovun informasiyaya girişi varsa ki, «Taliban»ın gerçək niyyəti münaqişənin sülh yolu ilə həllidir və biz, sülh prosesində proqres əldə edə bilərik, o halda bunu bizimlə bolüşməsini xahiş edirik».

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam