Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Türkiyənin konstruktiv rolunu alqışlayırıq” –Ankara-Vaşinqton danışıqları gedir

Birləşmiş Ştatlarla Türkiyə Əfqanıstanda təhlükəsizlik məsələsi ilə bağlı əməkdaşlığı müzakirə edirlər. “Reüters” Agentliyinin məlumatına görə, bunu iyulun 12-də ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays bildirib. Məlumatda qeyd olunbur ki, bildirilir ki, Ankara ABŞ ordusunun Əfqanıstandan çıxmasından sonra Kabil hava limanının mühafizəsinin təmin edilməsini təklif edib.

Yenixeber.org: Amma Ned Prays bu təklif və hava limanının necə fəaliyyət göstərəcəyi barədə əlavə məlumat verməkdən imtina edib.

“Söhbət ordunun çıxarılması və Əfqanıstanda daha geniş təhlükəsilik məsələsindən gedəndə, biz sözsüz Türkiyənin konstruktiv rolunu alqışlayırıq”, - deyə o vurğulayıb. Ned Prays qeyd edib ki, Vaşinqtonla Ankara hazırda Əfqanıstanda təhlükəsizlik sahəsində daha geniş əməkdaşlıq məsələsini müzakirə edirlər.

Qeyd edək ki, ABŞ öz ordusunu Əfqanıstandan çıxarmağa başlayıb.ABŞ ordusu ötən həftə Baqramdakı hərbi bazanı da Əfqanıstan hökumət qüvvələrinin nəzarətinə verib.

Amma ABŞ və NATO qüvvələri Əfqanıstanı tərk etdikcəTaliban birləşmələri ölkənin şimalında böyük əraziləri ələ keçirib. Hazırda Tacikstanla sərhədin çoxuna da Taliban nəzarət edir.

Amma Talibanın nümayəndələri iyulun 8-də Moskvaya səfər zamanı deyiblər ki, Orta Asiya ölkələri ilə sərhədləri pozmayacaqlar. Onlar Əfqanıstandakı xarici diplomatik və konsulluq missiyalarının təhlükəsizliyinə də təminat veriblər. Bu barədə Rusiyanın XİN-i məlumat yayıb.

Əfqanıstanla həmsərhəd olan Tacikistan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və Rusiyanın bu ölkədə hərbi bazası var. Artıq Düşənbə mümkün təhlükə ilə bağlı, bu təşkilata müraciət edib.

Qeyd edək ki, Taliban hakimiyyəti 2001-ci ildə, ABŞın rəhbərlik etdiyi beynəlxalq koalisiyasının Əfqanıstana müdaxiləsi ilə devrilib.

Amma hazırda Əfqanıstanın müxtəlif yerlərində hökumət qoşunları ilə talibançılar arasında döyüşlır gedir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam