Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Saatlıda -avtobuslarda reyd kecirilib

 

Saatlıda yol polisi avtobuslarda maska taxmayan şəxslərə qarşı profilaktik tədbir keçirib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Sürücü və sərnişinlərin diqqətinə çatdırılıb ki,  ictimai nəqliyyatdan istifadə edən hər bir vətəndaş özünün və ətrafında olan şəxslərin sağlamlığı üçün mütləq qaydada tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməlidir. Avtobus sürücüləri isə maskadan istifadə etməyən sərnişinləri nəqliyyat vasitəsinə əyləşməyə icazə verməməli, öz iradını bildirməkdən çəkinməməlidir. Çünki pandemiyanın yayılmasının qarşısının alınması ən vacib qabaqlayıcı tədbirlərdən biri qapalı məkanlarda və ictimai nəqliyyatda tibbi maskalardan istifadə edilməsidir.

Profilaktik tədbir zamanı ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər də aşkarlanıb. Onlarla izahedici söhbətlər aparılıb və təyin olunmuş qaydalara ciddi riayət etmələri tapşırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam