Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qarabağ müharibəsini işıqlandıran məşhur rusiyalı jurnalist hücuma məruz qalıb -VİDEO

 

Tanınmış rusiyalı jurnalist və publisist Aleksandr Nevzorov Sankt-Peterburq şəhərində hücuma məruz qalıb.

Yenixeber.org: Hücumu həyata keçirən şəxs silahsız olub.

“360” telekanalına açıqlama verən A.Nevzorov ona hücum edən şəxsə qarşı şikayətinin olmadığını, onun əleyhinə ifadə yazmağa hazırlaşmadığını bildirib.

Jurnalist qeyd edib ki, hadisə onun kitab təqdimatında baş verib.

Hücum edən şəxs hamı kimi kitaba imza atdırmaq üçün sırada dayanıb. Növbə ona çatanda isə kitaba imza çəkdirib və ardından Nevzorovun yanağına zərbə endirib.  

O, Nevzorovdan pravoslav inancına qarşı tənqidi çıxışlarını dayandırmağı tələb edib.

Məlumat üçün qeyd edək ki, Rusiyanın məşhur jurnalistlərindən biri olan Aleksandr Nevzorov 1992-1993-cü ildə Qarabağ müharibəsini işıqlandırmaq məqsədi ilə cəbhə xəttində olub, hərbi əməliyyatların gedişini işıqlandırıb.

Bizimlə əlaqə saxlayı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam