Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Pandemiya dövründə Almaniyada -irqçi hücuma məruz qalan azərbaycanlılar

Pandemiya dövründə Almaniyada irqçi hücuma məruz qalan azərbaycanlılar

COVID-19 pandemiyası dövründə Almaniyada əcnəbilərə qarşı irqçi hücumların sayında artım qeydə alınıb.

Yenixeber.org: Almaniya İrqçiliklə Mübarizə Agentliyindən əldə olunan məlumatda deyilir ki, ötən ilin noyabr ayına qədər agentliyə irqi və siyasi motivli hücuma məruz qalan 6 000-ə yaxın şəxs müraciət edib. Bu 2019-cu ildəki göstərici ilə müqayisədə iki dəfə çoxdur. Belə ki, həmin il agentliyə irqçi və siyasi motivli hücuma məruz qalan 3200 şəxs müraciət etmişdi.

2020-ci ildə Almaniyada irqçi hücuma məruz qalanların böyük bir hissəsi Asiya kökənli olub. Agentliyin məlumatına görə, türk və ərəb mənşəli əcnəbilərin sərt karantin qaydalarının tətbiq olunduğu zaman fərdi toy şənlikləri keçirməsi də cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bu hadisələr zamanı da onlarla əcnəbi irqçi hücuma məruz qalıb.

Ötə il Almaniyada irqçi və siyasi motivli hücuma məruz qalan Azərbaycan vətəndaşlarınn sayında isə azalma qeydə alınıb. Belə ki, 2020-ci ildə 14 Azərbaycan vətəndaşı irqçi və siyasi motivli hücuma məruz qalıb. Bu hadisələr zamanı həmvətənlərimizdən 3-ü yüngül bədən xəsarətləri alıblar. Hücuma məruz qalan Azərbaycan vətəndaşları 23-52 yaş arasında olublar. Həmin faktlar Almaniyanın Şimali Reyn Vestfaliya, Bavariya, Saksoniya, Saksoniya-Anhalt və Hamburq əyalətlərində qeydə alınıb.

Məlumat üçün bildirək ki, 2019-cu ildə irqçi və siyasi motivli hücuma məruz qalan Azərbaycan vətəndaşlarının sayı 23 olub. Həmin hadisələr zamanı həmvətənlərimizdən 1-i ölüb, 2-si ağır olmaqla, 20-si müxtəlif bədən xəsarətləri alıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam