Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanlı jurnalistlərə ictimai hadisələrə müdaxilə tədris edilib-FOTOLAR

 

Ankarada azərbaycanlı jurnalistlərə ictimai hadisələrə müdaxilə tədris edilib

Türkiyənin Ankara şəhərində Anadolu Agentliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türkiyə Polis Akademiyası və Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə “Hərbi jurnalistika” mövzusunda təlimlər davam edir.

Yenixeber.org: Təlimin ikinci günündə iştirakçılara müharibə nəzəriyyəsi, terminologiyası və ictimai hadisələrə müdaxilə mövzusu tədris olunub.

Qeyd edək ki, təlimlərə Azərbaycandan 24 jurnalist qatılıb.

Avqustun 20-dək davam edəcək təlimlərdə iştirakçılara jurnalistika, şəxsi təhlükəsizlik, müharibə hüququ, ilk yardım, müharibə zamanı davranış qaydaları, suda həyatda qalma, kimyəvi və bioloji silahların tətbiqi zamanı qorunma, fövqəladə vəziyyətlərdə fəaliyyət və digər mövzularda məlumat verilir. Təxminən 60 faizi praktiki hissədən ibarət olan dərslərdə jurnalistlərə böhran, təbii fəlakət və müharibə bölgələrində fəaliyyət göstərən media nümayəndələrinin qarşılaşa biləcəyi çətinliklər və təhdidlərin dəf olunması mövzularında da təlimlər keçirilir. Bununla yanaşı, media nümayəndələri riskli bölgələrdə təşkil olunacaq təlimlərdə iştirak edəcəklər.

Təlim proqramını uğurla başa vuran jurnalistlər beynəlxalq səviyyədə tanınan "Hərbi jurnalistika sertifikatı" ilə təltif olunacaqlar.

Təlimdə əməkdaşımız İsmayıl Nəsibli də iştirak edir.(report)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam