Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

XANKƏNDİNDƏ SU QITLIĞI YARANIB – “Yaşamaq üçün heç bir şərait yoxdur. Hələ gedənləri də ittiham edirlər...”

Azərbaycanın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərində kəskin su qıtlığı yaranıb.

Yenixeber.org: Xankəndi başda olmaqla separatçıların və rus qoşunlarının idarəçiliyində olan ərazilərimizdə su çatışmazlığı ilə bağlı yaranan problem erməni və rus mətbuatında, eləcə də sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

“Kavkazskiy uzel” yazır ki, Xankəndini suyla təmin edən çaylar quruyub. Nəticədə, ərazidə yaşayan əhalinin suyla təminatında ciddi problem yaranıb. Yerli “hakimiyyət” isə problemin havaların isti keçməsi və quraqlıqla bağlı olduğunu bildirib.

Ərazidə yaşayan ermənilər su qıtlığıyla bağlı kəskin narazılıqlarını bildirirlər. Onlar rus sülhməramlılarını və separatçı qurumun başçılarını əhalinin vəziyyətilə maraqlanmamaqda günahlandıraraq, buradan köçən ermənilərin doğru seçim etdiklərini bildirirlər. Məsələn, Xankəndində yaşayan Svetlana Akopyan adlı sosial şəbəkə istifadəçisi yazıb: “Yaşamaq üçün heç bir şərait yoxdur. Hələ gedənləri də ittiham edirlər. Düz edirlər ki, gedirlər. Daim ya su yoxdur, ya qaz, ya da işıq. Və siz camaatı bu cür də saxlamaq istəyirsiniz?...”

Separatçı rejimin rəhbərliyi bəyan edib ki, yaranan problem təbii faktorlarla bağlıdır və su ehtiyatları sarıdan ciddi çatışmazlıq var. Ərazidə yaşayan ermənilər isə bu izahatla razılaşmır və yerli “rəhbərliyi” yarıtmaz idarəçilikdə günahlandırırlar.(azpolitika)

Cəlal


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam