Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

FHN qüvvələri Türkiyədə bu istilik elektrik stansiyalarını mühafizəyə götürdü -VİDEO

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri Kəmərköy və Yeniköy istilik elektrik stansiyalarını mühafizəyə götürüb.

Yenixeber.org: Bu barədə FHN-dən verilən məlumatda bildirilib. Qeyd olunub ki, Türkiyənin Muğla vilayətinin Milas rayonunda meşəlik ərazidə baş vermiş yanğın genişlənərək Kəmərköy istilik elektrik stansiyasında (İES) yanğına səbəb olub. Bununla əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Türkiyədə olan yanğın-xilasetmə qüvvələri yerli qüvvələrlə birlikdə İES-də baş verən yanğını bu gün səhər saatlarında söndürməyə müvəffəq olub. Bununla da yanğının yaxınlıqda yerləşən Yeniköy İstilik Elektrik Stansiyasına keçməsinin qarşısı alınıb.
Qeyd edək ki, hər iki istilik elektrik stansiyasının bölgənin elektrik enerjisi ilə təchizatında oynadığı strateji rolu nəzərə alınaraq, Kəmərköy və Yeniköy stansiyaları Azərbaycan FHN-in qüvvələri tərəfindən yanğından mühafizəyə götürülüb. Bununla əlaqədar FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik edən nazir müavini general-leytenant Etibar Mirzəyev stansiyaların yanğına qarşı etibarlı mühafizəsinin təşkili məqsədilə yerli məsul vəzifəli şəxslərlə görüşərək göstərilən istiqamətdə fikir mübadiləsi aparıb, atılacaq qabaqlayıcı addımlar müzakirə olunub.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyəyə göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri hazırda qardaş ölkədə yanğınlarla uğurla mübarizə aparır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam