Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Bakı” İstilik Elektrik Mərkəzi -qışa hazır vəziyyətə gətirilib

Azərenerji” ASC “Bakı” İstilik Elektrik Mərkəzində təmir-bərpa işləri apararaq 2 saylı aqreqatın gücünü 40 meqavatdan 50 meqavata qaldırıb.

Yenixeber.org: Qurumdan verilən məlumata görə, "Reabilitasiya Proqramı” çərçivəsində istilik mərkəzinin 2 saylı aqreqatının ehtiyat hissələri dəyişdirilib, istilik təchizatı üçün bəzi borular yenilənib, təmir edilib və test edildikdən sonra istismara verilib.

Məlumata görə, elektrik enerjisi istehsal edib ümumi sistemə ötürməklə yanaşı, Əhmədli, 8-ci kilometr qəsəbələri də daxil olmaqla Xətai və Nizami rayonlarındakı əksər yaşayış binalarını istiliklə təchiz edən “Bakı” İstilik Elektrik Mərkəzində noyabr ayının 15-dən etibarən payız-qış mövsümü qrafikinə uyğun olaraq istilik təchizatı işə qoşulacaq.

Xatırladaq ki, 1902-ci ildə “Ağ şəhər” adı altında istismara verilən və Azərbaycanın ilk elektrik stansiyalarından biri olan, hazırda isə “Bakı” İstilik Elektrik Mərkəzi olaraq fəaliyyət göstərən müəssisə elektrik enerjisinin istehsalı ilə yanaşı istilik təchizatı üçün də fəaliyyət göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam